Azərbaycan şəkər idxalını kəskin artırıb
20.2.2019

Bu ilin yanvar ayında Azərbaycan 11, 938 mln. ABŞ dolları dəyərində 31,536 min ton şəkər idxal edib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,76 mln. dollar (2,3 dəfə) və 20,003 min ton (2,7 dəfə) çoxdur.

Ötən ay şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,2%-ni təşkil edib.


report.az