Londonda Azərbaycanla bağlı “Qara Qızıl” adlı kolleksiya təqdim olunub
19.2.2019

Dizayner Leoni Mergen London moda həftəsi çərçivəsində “Qara Qızıl” (Black Gold) adlı payız- qış kolleksiyasını təqdim edib.

Gənc dizayner verdiyi açıqlamada yeni kolleksiyasında Abşeron yarımadasındakı sənayə inkişafının tarixindən ilham aldığını bildirib.

O qeyd edib ki, Abşeron yarımadası sənayə tarixi baxımından çox böyük əhəmiyyət daşıyan bir bölgədir: “Kişilər və qadınlar üçün nəzərdə tutulan bu kolleksiya əsasən özündə sənayeləşmənin müxtəlif dövrlərində təmsil olunan ənənəvi geyimləri əks etdirir. Bu gün London moda həftəsində öz işimi sərgiləmə imkanına sahib olduğum üçün çox böyük məmnuniyyət duyuram”,- L.Mergen deyib.

Qeyd edək ki, Berlində yaşayan gənc dizayner Leoni Mergen 2017-ci ildə Berlin və London moda həftələrində “Qarabağ kolleksiyası”nı təqdim edib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimləri əsasında hazırlanıb. L.Mergen 2018-ci ildə isə London moda həftəsində “Yeddi Gözəl” kolleksiyasını təqdim edib.

report.az