Azərbaycan Özbəkistanda keçiriləcək gülçülük sərgisində iştirak edəcək
15.2.2019

Azərbaycan FLOWERS&GARDEN EXPO UZBEKISTAN beynəlxalq gülçülük və bağçılıq sərgisində iştirak edəcək.

Sərgi mayın 24-dən 26-dək keçiriləcək.

Eksponatlar gül, bitki, toxum, floristika, dizayn, bağ bəzəkləri, dekorativ əşyalar və aksessuarlar və s. bölmələrdə təqdim olunacaq.

Sərgidə B2B formatında işgüzar görüşlər də təşkil ediləcək.

Azərbaycandan başqa, Almaniya, Hollandiya, İtaliya, Rusiya, Polşa, Çin, Tayland və Qırğız Respublikası kimi ölkələrdən olan şirkətlər və təşkilatlar sərgidə iştirak etmək istəyini bildirib.

report.az