Dünyanın ən təhlükəsiz ölkələrinin SİYAHISI hazırlandı
1.2.2019

2019-cu il üzrə planetin ən təhlükəsiz ölkələrinin siyahısı açıqlanıb. "Global Finance" jurnalı tərəfindən hazırlanan reytinqə 128 ölkə daxil edilib.

Ən təhlükəsiz ölkə İslandiya seçilib. Növbəti yerlərdə isə ardıcıl olaraq İsveçrə və Finlandiya qərarlaşıb. İlk iyirmiliyə Qətər, Sinqapur, Yeni Zelandiya və Kanada kimi ölkələr də daxil olub.

Dünyanın ən təhlükəli ölkələri isə Qvatemala, Yəmən və Filippin adaları hesab edilib.

Qeyd edək ki, reytinq hazırlanan zaman hərbi münaqişələrin mümkünlüyü, cinayətkarlıq səviyyəsi və vətəndaşların şəxsi təhlükəsizliyi, iqtisadi inkişaf səviyyəsi və təbii fəlakətlər dərəcəsi də nəzərə alınıb.

trend.az