"Natiq" ritm qrupu Hindistanda keçiriləcək festivalda iştirak edəcək
25.1.2019

"Natiq" ritm qrupu Azərbaycanı Hindistanda keçiriləcək "Udaipur Beynəlxalq Musiqi Festivalı"nda təmsil edəcək.

Bu il artıq 4-cü dəfə təşkil olunacaq festivala 20-dən çox ölkə qatılacaq.

Bu dövlətlər arasında İspaniya, İtaliya, Fransa, Kuba, Braziliya, Hindistan və başqaları var.

Fevralın 15-17-də baş tutacaq tədbirdə 150-dən çox tanınmış sənətçi iştirak edəcək. Onlar müxtəlif janrlarda əsərlərini səsləndirəcəklər.

Tədbirin təşkilatçısı Sanjeev Bhargava bildirib ki, bu il festivalın tamaşaçıları təkraredilməz bir təcrübə yaşayacaqlar: “Musiqi mədəniyyətləri, xalqları və insanları bir yerə toplamaq qabiliyyətinə malikdir. Tamaşaçılar Vibha Saraf (Hindistan), Albaluna (Portuqaliya), La Dame Blanche (Kuba - Fransa), "Natiq" ritm qrupu (Azərbaycan), Els Catarres (Kataloniya, İspaniya) kimi 20-dən çox ölkənin istedadlarını bir yerdə görə biləcəklər”.

report.az