“Qara Qarayev. Yol” sənədli filminin təqdimatı olacaq
18.12.2018

Dekabrın 19-da Nizami Kino Mərkəzində Rusiyanın “Телекомпания ДИВИ” şirkəti tərəfindən çəkilmiş “Qara Qarayev. Yol” sənədli filminin təqdimatı keçiriləcək.

Ekran əsəri ölkə başçısının görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncamına uyğun olaraq Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib.

azertag.az