Bakı Dövlət Sirki Yeni il şənliyi üçün Rusiya və Belarus artistlərini Azərbaycana dəvət edib
6.12.2018

Bakı Dövlət Sirki Yeni il şənliyi üçün Rusiya və Belarus artistlərindən ibarət komandanı Azərbaycana dəvət edib.

Bu barədə sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov məlumat verib.

O bildirib ki, tamaşalar dekabrın 28-dən yanvarın 13-dək bayram günləri fasiləsiz nümayiş olunacaq.

Sirk şousunda əhliləşdirilmiş heyvanlar, cigitlər qrupu, hava gimnastları, akrobatlar, perş qeyri-adi lazer və işıq effektləri, şən klounlar, Şaxta Baba və Qar Qızın çıxışları təqdim olunacaq.

Qeyd edək ki, qış proqramı üçün biletlərin qiymətləri sırasına görə 10, 12, 15 və 20 manat arasında dəyişir.

report.az