Mirzə Şəfi ədəbi ənənələri bərpa olunur
28.11.2018

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında gənc yazarlar üçün “Mirzə Şəfi Vazeh ədəbi məclisi” təşkil olunacaq.

Kitabxanadan bildirilib ki, bu məclisdə məktəblilər və tələbələr bədii əsərlərin yazılma sirlərini öyrənəcək, şeir, poema, esse, nağıl və s. janrlarda yazdıqları yazıları təqdim edəcəklər. Ədəbi məclisin sədri, “Sehirli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimovadır.

Məclisin hər üzvünə üzvlük biletləri təqdim ediləcək. Ən yaxşı gənc yazarlar isə diplom və təşəkkürnamələrlə təltif olunacaqlar. Məclis dekabr ayından başlayaraq şənbə günləri təşkil olunacaq.


azertag.az