“Mənim Azərbaycanım”
27.11.2018

Dekabrın 25-də Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə “Mənim Azərbaycanım” konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, obrazlığı, rəngarəngliyi və ifaları böyük maraqla qarşılanan və yüksək qiymətləndirilən Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” konsert proqramı və “Koroğlu” bir pərdəli milli baleti Heydər Əliyev Sarayında nümayiş olunacaq.

Konsert proqramının bədii rəhbəri və quruluşçusu Rusiyanın Xalq artisti Dikalu Muzakaevdir.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.


azertag.az