Ceyhun Bayramov: "Azərbaycanda elmlər doktorlarının 65 faizinin yaşı 61-dən yuxarıdır"
22.11.2018

"Dövlət ali təhsil müəssisələrində yaşı 30-dan aşağı olan elmlər doktorları yoxdur".

Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, hazırda fəlsəfə və elmlər doktoru proqramları üzrə ölkədə ümumilikdə 2723 nəfər təhsil alır: "Fəlsəfə doktoru proqramları üzrə təhsil alanların 67 faizi (1452 nəfər), elmlər doktoru proqramları üzrə təhsil alanların isə 52 faizi (291 nəfər) ali təhsil müəssisələrinin payına düşür. Bu göstəriciləri yaş nisbəti ilə təhlil etsək məlum olur ki, ölkə üzrə elmlər doktoru proqramları üzrə təhsil alanların 8 faizi (163 nəfər) 40 yaşa qədər olanlardır. Dövlət ali təhsil müəssisələrində çalışan elmlər doktorlarının 65 faizinin yaşı 61-dən yuxarıdır. Həmin müəssisələrdə yaşı 30-dan aşağı olan elmlər doktorları yoxdur".

Nazir qeyd edib ki, 2017-ci ildə fəlsəfə doktorları proqramlarına 455 nəfər, elmlər doktoru proqramlarına isə 129 nəfər qəbul olunub.

report.az