Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində növbəti görüş
21.11.2018

Noyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində görkəmli tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Tarix kafedrası”nın müdiri Firdovsiyyə Əhmədova ilə görüş keçiriləcək.

Bu barədə Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatının 70-ci ildönümünə həsr olunan görüşdə “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Üzeyir Hacıbəylinin rolu” mövzusunda fikir mübadiləsi aparılacaq.


azertag.az