Polşada son 10 ayda mindən çox azərbaycanlıya yaşama icazəsi verilib
12.11.2018

Polşa Respublikasında 2018-ci il yanvarın 1-dən noyabrın 1-ə qədər dünyanın müxtəlif yerindən 1002 nəfər azərbaycanlı rəsmi yaşama icazəsi alıb.

Polşanın xaricilər ilə iş üzrə dövlət departamentindən verilən məlumata görə, bunlardan 872 nəfər müvəqqəti yaşama icazəsi, 79 nəfər daimi yaşama icazəsi, 32 nəfər uzun müddətli Avropa İttifaqı yaşama icazəsi, 8 nəfər humanitar səbəblərdən yaşama icazəsi, 11 nəfər isə digər səbəblərdən yaşama icazəsi əldə edib.

Yaşama icazəsi alanlardan 105 nəfər 20 yaşa qədərdir. 684 nəfər 20-40 yaş arası, 202 nəfər 40-59 yaş arası, 10 nəfər 60-79 yaş arası, 1 nəfər isə 81 yaşdadır. Ümumilikdə bunlardan 732 nəfər kişi, 265 nəfər isə qadındır.

report.az