Rafael Ağayev dünya çempionatına qələbə ilə başlayıb
8.11.2018

İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatami üzərinə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq.

Qeyd edək ki, fərdi yarışların ikinci günündə daha 6 karateçimiz tatamiyə çıxacaq.

trend.az