Avstriyanın yeni səfirinin Azərbaycana gələcəyi tarix açıqlanıb
30.10.2018

Avstriyanın Azərbaycanda yeni təyin olunan səfiri Aleksander Baerlin Bakıya gələcəyi tarix açıqlanıb.

Səfir Azərbaycan paytaxtına noyabrın 5-də gələcək.

Xatırladaq ki, əvvəlki səfir Aksel Vex Azərbaycanda diplomatik missiyasını artıq başa vurub. O, bu həftənin sonunda vətəninə qayıdacaq.

report.az