Milli Məclisin bu gün keçirilən iclasının gündəliyində dəyişiklik edilib
30.10.2018

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasının gündəliyində dəyişiklik edilib.

Bunu parlament sədrinin müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, gündəlikdən 5 məsələ çıxarılıb. Bunlar "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.

Beləliklə, iclasda 52 məsələ müzakirə ediləcək.

report.az