Milli Məclisin növbəti iki plenar iclasının gündəliyi məlum olub
24.10.2018

Milli Məclisin oktyabrın 30-da və noyabrın 2-də keçiriləcək plenar iclaslarının gündəliyi məlum olub.

Gündəliyə 57 məsələ daxildir.

Bunlar "Normativ hüquqi aktlar haqqında", "Təhsil haqqında", "Banklar haqqında", "İpoteka haqqında" və s. qanunlarına, o cümlədən Cinayət, Cinayət Prosessual, Mülki, Gömrük, Vergi məcəllələrinə dəyişiklik layihələri və digər məsələlərdir.

report.az