Kayseridə ümumilli lider Heydər Əliyev adına tələbə yataqxanasının açılışı olacaq
19.10.2018

Türkiyənin Kayseri şəhərində ümumilli lider Heydər Əliyev adına tələbə yataqxanasının, Xocalı soyqırımı qurbanlarının xatirəsinə salınmış Xocalı parkı və Xocalı abidəsinin açılışı olacaq.

Mərasimlərə hər iki ölkənin dövlət və hökumət rəsmiləri, qardaş ölkədə yaşayan, fəaliyyət göstərən, təhsil alan azərbaycanlılar və ictimaiyyət nümayəndələri qatılacaqlar.

Türkiyənin sabiq prezidenti Abdullah Gül Vəqfinə aid olan təhsil komplekslərinə məxsus yataqxana müasir standarlara uyğun şəkildə inşa edilib.

Xocalı parkı və Xocalı abidəsi Kayseri Böyükşəhər Bələdiyyəsinin dəstəyi və Azərbaycan Təhsil və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə salınıb.

Dərnəyin rəhbəri Elşən Qəmbərov "Report"a açıqlamasında bildirib ki, iki ildir inşası davam edən park Kayseri şəhərinin mərkəzində geniş ərazidə, Erciyes Universiteti və ona məxsus tələbə kompleksinin yaxınlığında yerləşir.

report.az