Soyuq fəsillərdə mütləq xardal yeyin
19.10.2018

Mütəxəssislər soyuq fəsillərdə daha çox xardal yeməyi tövsiyə edirlər.

Xardalın tərkibində olan maddələr bəlğəmgətirici və iltihabəleyhinə təsirə malikdir. Həmçinin xardal immun sisteminin fəaliyyətini stimullaşdırır. Məhz bu xüsusiyyətlərə görə xardal öskürək və soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır.

Xardal beyin qan dövranını və beyinin fəaliyyətini yaxşılaşdırır.

Metabolizmi aktivləşdirən xardal piylərin parçalanmasını sürətləndirir ki, bu da arıqlamağa kömək edir.

Xardal damarların sağlamlığına da müsbət təsir edir - damarları təmizləyir, möhkəmləndirir, onların elastikliyini artırır.

Xardal güclü afrodiziakdır, qadın və kişilərdə libidonu (cinsi meyl) artırır.

Xardalı istənilən ət yeməkləri, kartof qızartması ilə yemək olar.


Saglamolun.Az