“Renessans Palace”dan yeni aksiya: 36 ay faizsiz ödənişlə premium mənzillər
2.10.2018

Bakıda inşa olunan ən parlaq layihələrdən biri – “Renessans Palace”da məhdud müddət ərzində hissə-hissə ödəməklə premium mənzilə sahib olmaq şansı təklif olunur. Premium sinif yaşayış kompleksi yeni başlatdığı “Payız aksiyası” ilə bu imkanı yaradır. Kampaniyanın digər şərtləri isə aşağıdakı kimidir:

“Payız aksiyası”ndan faydalanaraq premium kateqoriyalı mənzil sahibi olmaq istəyənlər 15%-dək endirim fürsətlindən faydalanacaq. Bu isə 36.000 AZN-dək daha az ödəniş etmək imkanı deməkdir.

Kampaniya çərçivəsində “Renessans Palace”da mənzillərin kvadratı 1900 AZN-dən başlayan qiymətlərlə təqdim olunur. Bu isə premium sinif yaşayış kompleksi üçün hazırkı bazar qiymətlərində aşağı sayılır.

Şirkətdən əldə olunan məlumata görə, “Payız aksiyası” “Renessans Palace”da elan olunacaq ən son endirim kampaniyasıdır. İlin sonunda kompleks yaşayışa təhvil veriləcəyi üçün mənzillərin qiymətində ciddi artım olması gözlənilir.

Əlavə şərtlər və təkliflər barədə məlumatı 0125382977 və 0507158888 telefon nömrələri ilə əlaqə saxlamaqla əldə etmək olar.

trend.az