Fizika sahəsində Nobel mükafatları verilib
2.10.2018

Bu ilin fizika sahəsinə aid Nobel mükafatının sahibləri lazer fizikasına dair mühüm kəşflərinə görə Artur Eşkin, Jerar Mur, Donna Strikland olublar.

Bu barədə İsveç Kral Elmlər Akademiyasının Nobel Fizika Komitəsi məlumat yayıb.

A.Eşkin optik cımbız hazırlaması və bioloji sistemlərlə əlaqədar istifadə etməsi, J.Mur və D.Strikland isə yüksək intensivliyə malik qısa optik siqnallar yaratmağın üsulunu kəşf etdiklərinə görə nüfuzlu mükafata layiq görülüblər.


report.az