“Tarixlə üz-üzə” layihəsi çərçivəsində növbəti tədbir paytaxtımızın tarixinə həsr olunacaq
26.9.2018

Sentyabrın 27-də Bakı Kitab Mərkəzində növbəti görüş Bakı tarixinin tədqiqatçısı, telejurnalist Fuad Axundovla olacaq.

Tədbir mərkəzin “Tarixlə üz-üzə” layihəsi çərçivəsində reallaşacaq.

Tədbirdə tədqiqatçı “İnqilabdan əvvəlki Bakının etnik və mədəni müxtəlifliyi” mövzusunda məruzə ilə çıxış edəcək, Bakının zəngin və şanlı tarixi və müasir inkişafı barədə geniş məlumat verəcək.

Tədbirdə hər kəs iştirak edə bilər.


azertag.az