"Azerbaijan Technologies" şirkətindən "ABAD"çılara hədiyyə
25.9.2018

Əlli "ABAD"çıya sosial şəbəkələrdə öz məhsullarının daha geniş təbliği üçün keyfiyyətli şəkillər çəkməyə və təqdimatlar hazırlamağa imkan verən smartfonlar hədiyyə edilib.

"ABAD"dan (Ailə Biznesinə Asan Dəstək) bildiriblər ki, qurum "Azerbaijan Technologies" şirkəti ilə birgə tədbir keçirib. Tədbirin keçirilməsində məqsəd "Azerbaijan Technologies" şirkətinin korporativ sosial məsuliyyətyönümlü layihələrinin növbəti əməkdaşlığıdır. Əməkdaşlıq çərçivəsində 50 “ABAD”çıya ("ABAD"ın dəstək proqramına qoşulmuş ailə təsərrüfatları, sənətkarlar) sosial şəbəkələrdə öz məhsullarını daha geniş təbliği üçün keyfiyyətli şəkillər çəkməyə və təqdimatlar hazırlamağa imkan verən smartfonlar hədiyyə edilib.

Qeyd edək ki, "Azerbaijan Technologies" şirkəti kompüter və bank avadanlığının ən böyük distribüterlərindən biri kimi müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmiş 20 illik müvəffəqiyyətli təcrübəyə malikdir.


azertag.az