Azərbaycanın Polşada və Qazaxıstanda ticarət evləri bu ilin sonuna qədər fəaliyyətə başlayacaq
6.9.2018

Azərbaycanın Polşanın paytaxtı Varşavada açmağı planlaşdırdığı ticarət evi 2018-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Bundan başqa, onun sözlərinə görə, ilin sonuna qədər Azərbaycanın Qazaxıstanda da ticarət evinin açılması nəzərdə tutulub.

Y.Abdullayev həmçinin deyib ki, yaxın aylarda Azərbaycan Rusiya, Türkiyə, Qazaxıstan, Monqolustan, Bolqarıstan, Almaniyaya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə də ixrac missiyaları təşkil edəcək.


report.az