Bu il Rusiyada Azərbaycana məxsus çay evləri fəaliyyətə başlayacaq
5.9.2018

Bu ilin sonuna qədər Rusiyanın paytaxtı Moskvadakı Azərbaycan İş Mərkəzində şərab və çay evləri fəaliyyətə başlayacaq.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "AzərTac"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu il həmçinin Rusiyanın Sankt-Peterburq şəhərİndə Azərbaycan Şərab Evinin, Yekaterinburq şəhərində isə Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.


report.az