Azərbaycan Gürcüstandan avtomobil idxalını 5 dəfə artırıb
5.9.2018

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 4 754 ədəd avtomobil idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika Xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycana ixrac olunmuş avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin ümumi dəyəri 84 471,6 min ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 3,3 dəfə çoxdur.


report.az