Azərbaycan hekayələri Böyük Britaniya kitabxanalarında
30.8.2018

Azərbaycan Tərcümə Mərkəzinin milli ədəbiyyatın dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələr uğurlu nəticələr verməkdədir.

Bu il Londonda işıq üzü görmüş “Azərbaycan hekayələri” kitabı “Hertfordshire Press” nəşriyyatı tərəfindən Böyük Britaniyanın 50-dən çox kitabxanasına yerləşdirilib.

Kitaba Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal Paşayev, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Vaqif Nəsib, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Seyran Səxavət, Məmməd Oruc, Kamal Abdulla, Aqil Abbas və Saday Budaqlı kimi yazıçıların hekayələri daxil edilib.


azertag.az