“Radiofizika” kitabı çapdan çıxıb
29.8.2018

Bakı Dövlət Universiteti (BDU) fizika fakültəsinin professorları Hüseyn Məmmədov, Maarif Cəfərov və Məhəmmədəli Ramazanovun həmmüəllifi olduqları “Radiofizika” kitabı ingilis dilində nəşr edilib.

BDU-dan bildiriblər ki, kitabda radiofizikanın mahiyyəti, metodoloji əsasları, hədəfləri ətraflı göstərilib.

Eyni zamanda, nəşrdə radio dalğalarının əsas xüsusiyyətləri, prinsipləri, radio-elektron dövrlərdə və cihazlarda baş verən proseslər, radiorabitə, modulyasiya və aşkarlama prinsipləri kimi məsələlər əksini tapıb.

Kitab tələbə və mütəxəssislər üçün nəzərdə tutulub.


azertag.az