Bu il Azərbaycana gələn Rusiya turistlərinin sayı 51% artıb
29.8.2018

Bu ilin I yarısında Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı 53 min nəfər olub.

Xarici KİV-ə istinadən xəbər verilir ki, bu isə ötən ili müvafiq dövründən 51% çoxdur.

Bu ilin payız ayları üçün Rusiya vətəndaşlarının tur operatorlar vasitəsilə aldıqları aviabiletlərin ümumi satışında Azərbaycanın payı 4% təşkil edir.


report.az