"Google" mobil cihazlardakı müvafiq funksiya söndürüldükdən sonra da fəaliyyət göstərdiyini etiraf edib
17.8.2018

ABŞ-ın informasiya texnologiyaları nəhəngi - "Google" şirkəti mobil cihazlardakı "Geolokasiya tarixçəsi" funksiyası söndürüldükdən sonra da fəaliyyət göstərdiyini etiraf edib.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, şirkət bununla bağlı açıqlama yayıb.

"Google" bildirib ki, bu funksiya "Axtarış" və "Xəritələr" xidmətlərdən başqa mobil telefonun digər xidmətlərinə təsir göstərmir.

Xatırladaq ki, bundan əvvəl "Google" bildirirdi ki, "Geolokasiya tarixçəsi" funksiyası söndürüldükdən sonra cihazda işini tam dayandırır.


report.az