Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında bayram konserti olacaq
12.6.2018

İyunun 13-də Milli Qurtuluş Günü münasibətilə Səbail rayonu Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında rayon icra hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə bayram konserti keçiriləcək.

Azərbaycan estradasının tanınmış ifaçılarının iştirak edəcəkləri konsertdə xalq mahnıları, Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Tədbir atəşfəşanlıqla başa çatacaq.


azertag.az