“Sənin baxışın” rəsm müsabiqəsinin yekun sərgisi açılıb
12.6.2018

Xətai Sənət Mərkəzində “Sənin baxışın” rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Xəzər Universiteti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə 45-dən çox rəsm əsəri yer alıb. Bu əsərlər müxtəlif mövzu və janrları əhatə edir.

Müsabiqənin şərtlərinə uyğun olaraq qaliblər mükafatlandırılıb. Beş gün davam edəcək sərgi ilə hər kəs tanış ola bilər.


azertag.az