Həmyerlilərimiz Moskvada Dünya Azərbaycanlı İntellektuallarının III Forumunda iştirak edəcəklər
8.6.2018

İyunun 10-da Moskvada Dünya Azərbaycanlı İntellektuallarının III Forumu keçiriləcək. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin prezidenti Çingiz Abdullayev başda olmaqla bu təşkilatın bir qrup üzvü forumda iştirak edəcək.

İctimai birlikdən bildirilib ki, Xalq Yazıçısı Çingiz Abdullayev səfərlə bağlı keçirilən iclasda Azərbaycan gənclərinin intellektual hazırlığından, dünya miqyaslı tədbirlərdə iştirakından söhbət açıb.

Tədbirdə ağsaqqallar, ziyalılar, ədəbiyyat xadimləri ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, onların siyasi fəallığından danışıblar.


azertag.az