Azərbaycan Milli Elmlər Akademiyasının magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyənlərin nəzərinə!
7.6.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən və cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında minimal tələbləri ödəyən bakalavrlar iyunun 7-dən 10-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında qeydiyyatdan keçməlidirlər. Onlar, həmçinin iyunun 12-dən 14-dək AMEA-da təşkil olunacaq müsahibədə müvəffəqiyyət qazanmalıdırlar.

DİM-dən bildirilib ki, AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır və təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının dördüncü nömrəsində yerləşdirilib.


azertag.az