Harvard Universitetinin məzunları növbəti dəfə UNEC-də olublar
1.6.2018

Harvard Universitetinin məzunları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin və SABAH qruplarının tələbələri ilə təşviqat xarakterli görüş keçirərək, onlara öz uğurlarının tarixçəsini danışıblar.

UNEC-in mətbuat xidmətinə istinadla xəbər verilir ki, məzunlar bakalavriat və magistraturada təhsildən söhbət açaraq, ixtisas seçimi, liderlik keyfiyyətlərinin formalaşdırılması sahəsində təcrübələrini, uğur qazanmağın yollarını onlarla bölüşüblər.

Harvard məzunları tələbələrin xarici universitetlərdə təhsilin üstünlükləri və belə təhsilə maliyyə dəstəyi barədə suallarına cavab veriblər.

UNEC tələbələri ilə növbəti görüşdən razı qaldıqlarını bildirən məzunlar onların bilik və intellekt səviyyəsini yüksək qiymətləndiriblər. Onlar vurğulayıblar ki, UNEC tələbələri ilə ötən görüşdə olduğu kimi, bu diskussiyanı da sosial şəbəkədə davam etdirəcəklər.


azertag.az