Azərbaycanın bədii gimnastları Rumıniyada keçiriləcək beynəlxalq turnirdə yarışacaqlar
17.5.2018

Mayın 18-20-də Rumıniyanın paytaxtı Buxarestdə XVII “Irina Deleanu” kuboku uğrunda bədii gimnastika yarışı təşkil olunacaq.

Rumıniya Bədii Gimnastika Federasiyasının prezidenti kuboku uğrunda yarışda bu ölkənin idmançıları ilə yanaşı, Azərbaycan, Çexiya, Moldova, İtaliya və Rusiyanı təmsil edən atletlər də iştirak edəcəklər.

Turnirin final mərhələsi mayın 20-də keçiriləcək.

Yarış Rumıniya milli televiziyası (TVR1) tərəfindən birbaşa yayımlanacaq.


azertag.az