Koreya musiqi və rəqsləri Bakıda təqdim olunacaq
17.5.2018

İyunun 2-də Heydər Əliyev Sarayında Koreya Respublikasının milli musiqi və rəqslərindən ibarət konsert proqramı təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə bu ölkənin tanınmış ifaçıları və rəqs kollektivləri çıxış edəcək.

Konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin də iştirakı gözlənilir.


azertag.az