İranla AİB arasında azad ticarət zonasının yaradılması barədə müvəqqəti saziş imzalanıb
17.5.2018

Qazaxıstan paytaxtı Astanada Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlərlə İran arasında azad ticarət zonasının yaradılması barədə müvəqqəti saziş imzalanıb.

Bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verilir.

Sazişə əsasən, AİB üzv dövlətlərilə İran arasında müəyyən malların ixracı üçün gömrük rüsumları 3 illik azaldılıb. Bu müddətdə hər iki tərəfin rəsmiləri azad ticarət zonası ilə bağlı tam formatlı razılaşma hazırlamalıdılar.

Xatırladaq ki, azad ticarət zonasının yaradılması barədə danışıqlar 2016-ci ilin dekabrdan aparılır.

report.az