Nigeriya televiziyasında Azərbaycan haqqında silsilə filmlərin yayımına start verilib
16.5.2018

Nigeriyanın STV telekanalında məşhur aparıcı Gina Ehikodinin "Foodies & Spice" yemək verilişində 13 hissədən ibarət "Azərbaycan təamları" filminin təqdimatı olub.

Milli mətbəximizdən bəhs edən silsilə filmlər hər həftənin şənbə günləri ölkənin WAPTV, RAVE TV, TVC kanalları ilə də birbaşa yayımlanacaq.

Qeyd edək ki, Nigeriyanın məşhur "Foodies & Spice" mətbəx verilişinin yaradıcı heyəti Nigeriya Azərbaycanın Dostları Təşkilatının dəstəyi ilə ölkəmizdə səfərdə olub. Nigeriyalı qonaqlar 10 günlük səfər çərçivəsində Bakıda və regionlarda silsilə görüşlər keçiriblər. Səfər çərçivəsində Azərbaycanın tarixi, mətbəxi və adət-ənənələrini geniş şəkildə işıqlandırmaq üçün zəngin materiallar toplanıb.


azertag.az