Qazax Dövlət Dram Teatrında premyera
16.5.2018

Qazax Dövlət Dram Teatrının səhnəsində fransız yazıçısı Viktor Hüqonun “Bir edam məhkumunun son günü” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Teatrdan bildirilib ki, sənət ocağının 80-ci mövsümdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırladığı bu tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Allahverdi Musayev, quruluşçu rəssamı Səyyat Məmmədovdur.

Tamaşada əsas obrazı teatra dəvət olunan aktyor Mehman Dilqəmoğlu (Piriyev) canlandırıb. Digər rolları aktyorlar Hacı Hacıyev, İlqar Hacəliyev, Arif Almədətov, Yusif Qoca, Aydın Orucov və Əminə Musayeva ifa ediblər.

Əsəri dilimizə gənc şair Hikmət Orhun tərcümə edib.


azertag.az