Azərbaycan və Peru parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə edib
8.5.2018

Azərbaycanın Perudakı müvəqqəti işlər vəkili Mehdi Məmmədov Peru-Azərbaycan dostluq qrupunun rəhbəri Dalmiro Palomino ilə bu ölkənin Konqresində görüş keçirib.

Görüşdə tərəflər ikitərəfli əlaqələrin mövcud vəziyyəti və onların inkişaf yollarını müzakirə ediblər. Həmçinin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi yolları müzakirə olunub.

Bundan əlavə, M.Məmmədov və D.Palomino bu il oktyabrın 4-6-da Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun mövzuları ilə bağlı fikir mübadiləsi aparıblar.

report.az