Pirşağıda xəstəliyə davamlı kartof və tərəvəz toxumu müəssisəsi yaradılır
7.5.2018

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində xəstəliyə davamlı kartof və tərəvəz toxumu ilə bağlı toxumçuluq şəhərciyi salınır.

Bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev KİV-lərə müsahibəsində bildirib.

Həmin şəhərciyin istifadəyə verilməsinin nazirliyin builki proqramında olduğunu söyləyən nazir müavini qeyd edib ki, yaxın zamanda bu müəssisə işə düşəcək və həm kartofçuluq, həm də tərəvəzçiliklə bağlı ölkənin toxumla bağlı tələbatı təmin ediləcək.


azertag.az