Sınaq imtahanlarında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb
7.5.2018

Dövlət İmtahan Mərkəzi (DİM) 10-cu sinif şagirdləri üçün keçirilən sınaq imtahanında istifadə edilmiş sual kitabçaları və test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb. Doğru cavab etalonları ilə DİM-in saytında tanış olmaq mümkündür

Mərkəzdən bildirilib ki, yazılı cavabların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın iki həftə ərzində elan olunması nəzərdə tutulur. Hazırda imtahan protokollarının və cavab vərəqələrinin emalı aparılır.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.


azertag.az