Virtuoz-novator ifaçı Ələkbər Əsgərovun xatirəsi anılıb
4.5.2018

Azərbaycan Milli Konservatoriyasında (AMK) nəfəs çalğı alətlərinin mahir bilicisi, virtuoz-novator ifaçı Ələkbər Əsgərovun anadan olmasının 85 illiyi qeyd olunub.

Tədbirdə AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüb.

Qeyd edib ki, yüksək səhnə mədəniyyətinə malik Ə.Əsgərov peşəkar musiqiçi olub. Sənətkar peşəkar ifaçılıq bacarığı ilə Azərbaycan milli musiqisinə özünəməxsus töhfələr bəxş edib.

Tədbir çərçivəsində Ələkbər Əsgərovun ifalarından ibarət videoçarx nümayiş olunub, dostları sənətkar haqqında xatirələrini bölüşüblər.

AMK-nın müəllimi, sənətkarın qızı Mahirə Quliyeva atasının xatirəsinə göstərilən ehtirama görə hər kəsə təşəkkürünü bildirib.

azertag.az