Bakıda “Heydər Əliyev və Azərbaycan kinosu” adlı elmi-nəzəri konfrans keçiriləcək
4.5.2018

Mayın 8-də Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan kinosu” adlı elmi-nəzəri konfrans keçiriləcək.

Dövlət Film Fondundan bildirilib ki, konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə reallaşacaq. Konfransda Ümummilli Liderin həyat və fəaliyyətindən, dövlətçiliyimizin tarixindəki rolundan danışılacaq.

Konfrans çərçivəsində Ümummilli Liderə həsr edilmiş “Heydər Əliyev - ömür yolu” sənədli filmi nümayiş olunacaq.


azertag.az