Sabah Milli Məclisin iclası keçiriləcək, yeni Baş nazir seçiləcək - EKSKLÜZİV
20.4.2018

Sabah - aprelin 21-də Milli Məclisin plenar iclası keçiriləcək.

Bu barədə Parlamentin mətbuat xidmətindən bildirilib.

İclasda Azərbaycanın yeni Baş nazirinin təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % səs toplayaraq qalib gəlib. Aprelin 18-də İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində and içərək vəzifəsinin icrasına başlayıb. Andiçmə bitəndən sonra Azərbaycan Nazirlər Kabineti istefaya gedib. Prezident İlham Əliyevin aprelin 18-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.


report.az