Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində konsert və ustad dərsləri keçirilib
20.4.2018

Aprelin 19-da Sankt-Peterburq Musiqi Liseyinin beynəlxalq müsabiqələr laureatları və müəllimlərindən ibarət nümayəndə heyəti Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində olublar.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, məktəbdə U.Mixaylovskaya tərəfindən qoboy aləti üzrə ustad dərsi və qərb bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Musiqiçilərin rəngarəng ifaları dinləyicilər tərəfindən maraqla qarşılanıb.


azertag.az