Metronun "Koroğlu" stansiyasının bir giriş-çıxışı müvəqqəti bağlanır
19.4.2018

Aparılacaq təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanılacaq.

Quruma istinadən xəbər verilir ki, stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.


report.az