Stiven Siqal Prezident İlham Əliyevi təbrik edib
19.4.2018

Məşhur aktyor və rejissor Stiven Siqal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Siz böyük xalqın həqiqətən dahi liderisiniz. İnanıram ki, Tanrının izni ilə mənə tezliklə Sizinlə yenidən görüşmək nəsib olacaq.

Səmimiyyətlə,

Stiven Siqal

Amerika Birləşmiş Ştatlarında Sizin sadiq dostunuz,

aktyor və rejissor”.


report.az