İstanbulda Azərbaycan, Türkiyə və Yunanıstan incəsənət ustalarının birgə konserti olub
19.4.2018

İstanbulda Azərbaycanın, Türkiyənin və Yunanıstanın tanınmış incəsənət ustalarının birgə konserti olub.

Camal Rəşid Rey salonunda keçirilən konsertdə Azərbaycanı Əməkdar Artist Fərqanə Qasımova, Türkiyəni Mehtap Demir, Yunanıstanı isə Sofiya Papazoqlou təmsil ediblər.

Görkəmli sənətkarlar mahnılarını Azərbaycan, türk və yunan dillərində ifa ediblər. Bütün ifalar, o cümlədən üç dildə oxunan “Sarı gəlin” tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb.


azertag.az