Azərbaycan Qarabağ atları ilə Vindzorda Kral At Şousunda çıxış edəcək
19.4.2018

Azərbaycan Atçılıq Federasiyanın nümayəndələri Böyük Britaniyada Vindzor Kral At Şousunun 75 illiyi ilə əlaqədar keçiriləcək tədbirdə "Odlar Yurdu - Azərbaycan" xüsusi şousu ilə çıxış edəcəklər.

Mayın 9-13-də keçiriləcək yubiley təqdimatı zamanı Azərbaycan atçıları Qarabağ atları ilə müxtəlif akrobatik tryuklar nümayiş etdirəcəklər.

"Qarabağ atlarında olan 10 çapar çətin tryuklar yerinə yetirəcək. Onların çıxışı ənənəvi rəqslər ifa edəcək "Sərhədçi" rəqs ansamblının ifaları, eləcə də möhtəşəm od şousu ilə müşayiət olunacaq", - Böyük Britaniya mətbuatı yazıb.

Qeyd edək ki, çıxış xüsusi olaraq Kral At Şousu üçün hazırlanıb.

report.az